MAN Orijinal ehtiyat hissələri

Orijinal ehtiyat hissələri

Üstünlükləriniz

  • Keyfiyyət, etibarlılıq və təhlükəsizlik
  • MAN servis və ehtiyat hissələrinə beynəlxalq 2 il zəmanət
  • Qeyri istismar müddətinin azalması, istismar xərclərində uzunmüddətli azalma və satışın artması
  • Bütün MAN nəqliyyat vasitələri üçün hissələr barəsində qabaqcadan məsləhət xidməti — hətta daha köhnə modellər və xüsusi avtomobillər üçün
  • Avropa Loqistika Mərkəzi üzərindən bir gecədə hissə tədarükü

Region üzrə məsul əməkdaş Zəmanət broşurası

MAN orijinal ehtiyat hissələri hər zaman ilkin seçimdir.

MAN-a qərar verən əla keyfiyyəti seçər. Ehtiyat hissələrindən söhbət gedəndə, niyə daha azına razı olasınız?

Etibar edə biləcəyiniz keyfiyyət

MAN Orijinal ehtiyat hissələri sizə ən yaxşı keyfiyyətlə səfər etmək zəmanəti verir. Onlar MAN-direktivlərinə əsasən hazırlanıb və bizim ciddi keyfiyyət standartlarımıza uyğunluğu diqqətlə yoxlanıb və yüksək etibarlılığı, qənaətcilliyi ilə insanı cəlb edir. Bundan əlavə, MAN xidməti və hissələri beynəlxalq etibarlı 2 il zəmanətə sahibdirlər.

Hissələrin logistikası vaxtında.

Qəza halları zamanı qeyri fəaliyyət müddətini mümkün qədər azaltmaq üçün MAN Servis məntəqələrində köhnə modellər və xüsusi avtomobillər üçün hissələr də daxil olmaqla geniş bir orijinal ehtiyat hissəsi çeşidləri hazır saxlanır. İtkin, xüsusi hissələrin 95%-i MAN tərəfindən quraşdırılan Avropa Loqistika Mərkəzləri (ELC) üzərindən ən tez şəkildə bir gecədə təmirxanaya tədarük edilir. Siz optimallaşdırılmış loqistika prosesləri sayəsində təkmilləşdirilmiş sifariş qəbulu, tədarük müddəti və eləcə də təmirxanalarda daha qısa təmir müddətindən yararlanacaqsınız.

MAN mühərrik təmir dəsti

MAN mühərrik təmir dəsti

Mühərrikin ömrünü uzatmaq üçün biz ən çox effektiv xidmətə diqqət yetiririk: MAN mühərriki təmir dəstinin cəlbedici qiymətlər ilə lazımsız qeyri istismar müddətini azaldın. 100% mükəmməl uyğunluq — beləliklə sizin orijinal MAN-nız daim orijinal olaraq qalır.

Videonu açın


MAN orijinal hissələri ecoline və ecoline+

MAN ecoline orjinal hissələri ilə və MAN orjinal ecoline+ mühərriki ilə qənaət edin və eyni zamanda ətraf mühitin qeydinə qalın! Bu təklif xüsusən köhnə vasitələr üçün nəzərdə tutulmuşdur.

Köhnədən yeni yarat

MAN ekolin orijinal ehtiyat hissələri, MAN standartlarına əsasən ən yüksək standartları ilə istehsal olunan MAN orijinal ehtiyat hissələridir. Buraya daxildir:

  • əsaslı təmizləmə
  • dəqiq yoxlama
  • etibarlı emal, eləcə də
  • bütün paslanmış hissələrin dəyişdirilməsi.

Bu intensiv hazırlanma nəticəsində MAN ecoline orijinal ehtiyat hissələrinin keyfiyyəti yeni MAN orijinal hissələrinin keyfiyyətilə eynidir. Bundan əlavə, siz MAN orijinal ehtiyat hissələrində olduğu kimi eyni zəmanətdən yararlanırsınız.

"KÖHNƏDƏN YENİ YARAT" flayerini yüklə

Ekoloji və səmərəlilik cəhətdən inandırıcıdır

MAN ecoline orijinal ehtiyyat hissələri sizin üçün uzun müddətli davamlılıq təmin edirlər. Yeni hissələri hazırlamaq lazım olmadığı üçün xərclərə qənaət edilir və ətraf mühit qorunur:

  • Resurslara qənaət
  • enerjiyə qənaət
  • daha az CO2-buraxılır

"QƏNAƏTCİL DÜŞÜN — QƏNAƏTCİL HƏRƏKƏT ELƏ" flayerini yüklə

ecoline davamlılıq mükafatı almışdır

Ən yaxşı şərtlərlə ən yaxşı keyfiyyət: ecoline davamlılıq mükafatı almışdır

MAN tərəfindən ətraf mühitə faydalı olan köhnə hissələrin yenidən dəyərləndirilməsi Yükdaşımalar barədə bir jurnalda davamlılıq üzrə Avropa Nəqliyyat Mükafatını alması ilə tanındı. İşlənmiş avtomobillər sahəsində mühüm və davamlı xidmətlərinə görə mükafatlandırılmışdır. Bu mükafat, nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətləri daha aktiv fəaliyyətə təşviq etmək üçün nəzərdə tutulmuşdur.

MAN ecoline+ orijinal mühərriki

MAN orijinal ekoline+ mühərrikləri ilə siz tam mühərrikin xüsusilə daha səmərəli və ekoloji versiyasını əldə edirsiniz.

Digər məlumatlar

MAN ekoline və ekoline+ orijinal ehtiyyat hissələri üçün bax
MAN After Sales Portalı.

MAN orijinal ehtiyyat hissələri ecoline və ecoline+ portfoliosu

Transmissiya: Əsas ötürücü, şarnir valı, birləşmə, yan ötürücü, paylayıcı qutu, pilləli ötürücü qutu

Elektrik: Taxoqraf, generator, starter

Çərçivələr: İdarəetmə mexanizmi, sükanın nasosu, sükan mexanizmi

Hava/əyləc: Əyləc supportu, əyləc silindri, EBS-modulu, hava kompressoru, hava quruducu, klapanlar, əyləc

Soyutma: Soyuducu kompressor, soyuducu nasos

yanacaq/tullantı qaz: CR-injektor, dizel hissələri filteri, forsunka dayağı, yüksək təzyiqli yanacaq nasosu, yanacaq ötürücü modul DeNox

Mühərrik komponentləri: Yenidən emal olunmuş mühərrik komponentləri (tullantı qazı turbo yükləyicisi, maxovik, silindr başlığı)

Mühərriklər

  • MAN ecoline orijinal mühərriki: MAN ekoline orijinal məhsul çeşidindən (maxovik, su nasosu və s.) hazırlanmış komponentlərlə təchiz edilmiş kütləvi istehsal olan mühərrik.
  • MAN orjinal ecoline mühərriki+: MAN nəqliyyat vasitəsində artıq istifadə olunmuş mühərrik, hərtərəfli hazırlanmış komponentləri və müəyyən edilmiş yeni MAN Orijinal ehtiyat hissələri ilə zavodun təmir prosesinin bir hissəsi kimi yenidən hazırlanacaqdır.

MAN mühərrikləri müqayisədə

  MAN orijinal mühərriki MAN ecoline orijinal mühərriki MAN orjinal ecoline mühərriki+
  Mühərrik periferiyalarında olan komponentlər də daxil olmaqla kütləvi istehsaldan çıxan yeni mühərrik. MAN ekoline orijinal ehtiyyat hissələri məhsul çeşidindən (maxovik, su nasosu və s.) hazırlanmış komponentlərlə təchiz edilmiş serial istehsalından olan mühərrik. Artıq istifadə olunmuş mühərrik, hərtərəfli hazırlanmış komponentlər və müəyyən edilmiş yeni MAN Orijinal ehtiyyat hissələri ilə zavodun təmir prosesində yenidən hazırlanacaqdır.
Çatdırılma 100% 100% təx. 80%
MAN orijinal mühərriki üzərində qiymət üstünlüyü - təx. 40% təx. 65%
Köhnə mühərrikin qiymətləndirilməsi Əlavə xərclər Əlavə xərclər Əlavə xərclər
Göndərilməyə hazır ~ 4 iş günü ~ 4 iş günü ~ 2 iş günü
Tədarük imkanı Anbarda hazır Anbarda hazır Anbarda hazır

Göstərişlər:

MAN ecoline orijinal ehtiyat hissələri bütün ölkələrdə eyni dərəcədə mövcud deyildir.

Fərqliliyi yaradan hazırlanma prosesi

MAN orijinal ekoline ehtiyat hissələri — bu filmdə MAN bərpaedici zavodu və adi təmir sahəsi arasında fərqlər haqqında daha ətraflı məlumat alacaqsınız.

Səmərəlilik və ekoloji cəhətdən üstünlük

Orijinal MAN ehtiyyat hissələri ən yüksək standartlarla yenidən hazırlanmış hissələrdir.

MAN ecoline+ orijinal mühərriki

MAN ecoline+ orijinal mühərrikləri bizim ciddi standartlarımız əsasında yenidən işlənib hazırlanır.

MAN orijinal əyləc diskləri: Təhlükəsizlik ilə bağlı heç bir güzəştə getmirik

Avtomobilinizin əyləclərinə siz mütləq şəkildə etibar edə bilərsiniz.

MAN orijinal əyləc diskləri

Xüsusilə kritik nəqliyyat hərəkəti vəziyyətlərində, özünüzün, sərnişinləriniz və ya yükünüzün və digər yol istifadəçilərinin təhlükəsizliyi üçün məsuliyyət daşıyırsınız. Buna görədə əyləc disklərinin və əyləc yastıqları üzərinə böyük iş düşür. Hər bir yeni əyləc prosesi zamanı əyləclər ən ekstremal hallarda belə, məsələn, əyləc 900 °C-ə qədər temperatur yarandıqda etibarlı və ən yaxşı şəkildə işləməlidirlər.

Buna görə, MAN Orijinal əyləc disklərinə aydın şəkildə müəyyən olunmuş bir prinsip tətbiq olunur: Təhlükəsizlik və keyfiyyət cəhətdən güzəştlər yoxdur! Biz bir biri ilə mükəmməl bir şəkildə işləyən əyləc diskləri və əyləc yastıqlarını təkmilləşdiririk, bu uzun müddət davam edəcək və sizə ən böyük təhlükəsizliyi təmin edirik.

MAN orijinal əyləc diskləri niyə istifadə olunur?

  • Bütün temperatur intervallarında daha da davamlı əyləc təsirinə görə yüksək təhlükəsizlik
  • Pedalda sabit təzyiqli əyləcin öncədən hiss oluna bilməsi sayəsində optimal sürüş rahatlığı
  • Optimal yeyilmə səviyyəsi sayəsində uzun ömürlülük və səmərəlilik
  • Nakladka yükünün aşağı olması səbəbindən əyləc sisteminə düşən aşağı yük
  • Əyləc diski və əyləc yastığının mükəmməl koordinasiyasına görə disk çatlamalarında yüksək müdafiə
  • Yastıq materialı ilə mükəmməl sürtünmə əlaqəsi səbəbindən genişlənmiş əyləc diskinin istismar müddəti

DEKRA test protokulna

MAN orijinal ehtiyyat hissələri dəsti

Nəqliyyat vasitəsində ən bahalı şey? Qeyri istismar müddətləri. Bunları minimuma endirmək, ya da tamamilə aradan qaldırmaq üçün maksimum verimlilik üçün bu doğru strategiyadır.

Biz intellektual xidmətlərin və optimal şəkildə əlaqələndirilmiş məhsulların şəbəkələndirilməsi ilə bunun üzərində bütünlüklə işləyirik. MAN orijinal ehtiyyat hissələri dəsti bunun ən yaxşı bir nümunəsidir. Lazımi bir təmir halında, adətən tam qurğunun dəyişdirilməsi çox faydalıdır.

Lakin bura həmçinin, dəyişdirilməli olan periferik hissələr də daxildir. Ümumilikdə, bu sizin üçün, qısamüddətli xərc ola bilər, çünki ayrı-ayrılıqda bu hissələr daha bahalı olacaq və uzunmüddətli perspektivdə, əlavə təmirxana səfərlərinin azalması ilə böyük bir səy göstərilməsi aradan qalxır. MAN Orijinal ehtiyyat hissələri dəsti də təmir müddətlərini sürətləndirir və hissələrin əl altında olmasını optimallaşdırır.

Əgər elədirsə, onda doğrudur

Hal-hazırda MAN orijinal ehtiyat hissələri paketinin portfeli hər biri birdəfəlik olan 11 komponentdən ibarətdir.

Broşura yüklə

Silindr başlığı kipləşdiricisi, yağ çəni kipləşdiricisi, mühərrik porşeni, silindr vtulkası və sürgü qolu podşipniki, dirsəkli val qolu ilə təchiz olunmuş MAN orjinal mühərrik təmir dəsti

MAN orijinal mühərrik təmir dəsti (variantlar M və L)

  • Silindr başlığı və yağ çəni kipləşdiricisi (M)/bütün mühərrik kipləşdiriciləri (L)
  • Mühərrik porşenləri və silindr vtulkaları
  • Sürgü qolu podşipniki (M/L)
  • Dirsəkli val qolu (L)

MAN orijinal turbocharger üçün quraşdırma dəsti boltları və kipləşdiriciləri

MAN orijinal turbocharger üçün quraşdırma dəsti

  • Əvəzetmə üçün lazım olan boltlar və kipləşdiricilər

Hər bir MAN mühərriki üçün MAN Orijinal mühərrik kipləşdirmə dəsti

MAN orijinal mühərrik kipləşdirici dəsti

  • Bütün mühərrik variantı üçün bütün müvafiq kipləşdiriciləri

Porşen, porşen həlqələri, boltlar, təhlükəsizlik həlqələri və silindr vtulkaları ilə MAN orjinal mühərrik porşenləri dəsti

MAN orjinal mühərrik porşenləri dəsti

  • Porşen həlqələri də daxil olmaqla tam porşenlər
  • Boltlar və təhlükəsizlik həlqələri
  • Silindr vtulkaları və kipləşdirmə həlqələri

Əvvəlcədən quraşdırılmış giriş və çıxış klapanları, klapan yayları və klapan şaftı örtüyü də daxil olmaqla silindr başlığı ilə orijinal MAN silindr başlığı dəsti

MAN orjinal silindr başlığı dəsti

  • Silindr başlığı
  • Uyğun giriş-/çıxış klapanı (əvvəlcədən quraşdırılmış)
  • Klapan yayları, -yay qabı, -yay diyircəkləri (əvvəlcədən quraşdırılmış)

MAN orijinal dizel hissələri filteri və ona uyğun kipləşdiricilər

MAN orijinal dizel hissələri filteri

  • Dizel hissələri filteri
  • Ona uyğun kipləşdiricilər

Yanacaq filteri elementi, mühərrik yağı filteri elementi, hava filteri qurğusu və daxili salon hava filteri ilə təchiz olunmuş MAN orijinal filter komplekti

MAN orijinal filter təmir dəsti

  • Yanacaq filteri elementi
  • Mühərrik yağı filteri elementi
  • Hava filteri qurğusu
  • Daxili salon hava filteri
  • Bütün lazımlı kipləşdiricilər

MAN orijinal kəmər tarımlayıcı dəsti

MAN orijinal kəmər tarımlayıcı dəsti

  • Ventilyator kəməri
  • Əlaqəli kəmər tarımlayıcı

MAN Orijinal əyləc diski dəsti iki əyləc diski və əyləc diski yastığını ehtiva edir

MAN orijinal disk əyləcləri dəsti

  • Əyləc diskləri (hər paketdə iki ədəd)
  • Əyləc diski yastığı dəsti (dörd əyləc yastığından ibarət olan bir yastıq dəsti)

Debriaj diski, təzyiq plitəsi, azadedici podşipnik, sürücü podşipnik ilə MAN ecoline orijinal debriaj dəsti

MAN ecoline orijinal debriaj dəsti

  • Debriaj diski və təzyiq plitəsi
  • Azadedici podşipnik
  • Lazım olsa sürücü podşipniki və tələb olunan boltlar

Əsas- və sürgü qolu podşipniki, yağ çəni kipləşdiricisi və təzyiqli hava soyuducusu kipləşdiricisi ilə MAN orijinal əsas podşipnik dəsti

MAN orijinal əsas podşipnik dəsti

  • Əsas- və sürgü qolu podşipniki
  • Yağ çəni kipləşdiricisi
  • Təzyiqli hava soyuducusu kipləşdiricisi
  • Zəruri boltlar və kiçik hissələr


İki illik zəmanət

İki illik zəmanət

MAN servis və ehtiyat hissələrinə iki il zəmanət

MAN Truck & Bus SE-nin iki illik zəmanəti 1 MAN Orijinal ehtiyat hissələri, MAN ecoline, eləcə də MAN ləvazimatları da daxil olmaqla MAN-servis məntəqələrində2 həyata keçirilmiş bütün təmir işlərinə aiddir. Xidmət həcmi bu vaxtadək qüvvədə olan bir illik zəmanətlə eynidir.

Flayeri yüklə

Əlavə məlumatı bizim ümumi kommersiya qaydaları və şərtləri bölməsindən əldə edə bilərsiniz.

1 Ümumi şərtlərin etibarlılığına bax.
2 MAN-ın fərdi xidmət müəssisələri və iştirakçı tərəfdaşları.


Biz sizin üçün buradayıq

MAN sizin yanınızda olan profesional tərəfdaşınızdır: Bizim geniş xidmət təklifimizi kəşf edin və ya bizə müraciət edin.

Xidmətin xülasəsi

Xidmətlərin xülasəsi

Ən yaxşı xidmət yaxşını daha yaxşı edir. Burada MAN-nın xidməti təklifləri haqqında daha ətraflı məlumat əldə edin.

Yük avtomobili xülasəsinə

Avtobus xülasəsinə

Xidmət əlaqələri

Əlaqə vasitəsi

MAN-xidmətləri haqqında sualınız var? Bizimlə əlaqə saxlayın. Yardım etməkdən məmnunuq.

Baza axtarışı

Yaxınlığınızdakı MAN xidmət bazasını tapın

Seminar və diler axtarışı ilə ərazinizdəki müvafiq MAN-məsul əməkadaşını tapa bilərsiz.